Öğütçü, “İlham Aliyev’in seçilmesi Azerbaycan için sevindirici”

Öğütçü, “İlham Aliyev’in seçilmesi Azerbaycan için sevindirici”

20:11 11 October in In Turkish, INTERVIEWS & NEWS, Yazılı Basında
«Həftə içi» :   |  11 Ekim 2013

Hafta_ici_azerbaycanSon prezident seçkilərində İlham Əliyevin növbəti beşillik müddətə prezident seçilməsi Azərbaycan üçün çox sevindirici haldır”. Bu sözləri «Həftə içi»nə eksklüziv açıqlamasında OECD-nin rəhbəri, mərkəzi iqamətgahı Londonda yerləşən «Global Resources Corporation»un sədri Mehmet Öğütcü bildirdi. Keçmiş diplomat dedi ki, demokratiya və milli sərvətlərin adil bölüşdürülməsində əvvəllər müəyyən çatışmazlığın olmasına baxmayaraq, Azərbaycanin qüvvətli və sabit hakimiyyətinin öndərliyində gələcəyə yönəlməsi, İran, Rusiya və Ermənistan arasına sıxışıb qalmış Azərbaycanın düsmənləri hər an onun büdrəməsini və fürsətdən istifadə edərək, ona zərbə vurmağı gözləyirlər. Məhz düşmənlərlə əhatələnmiş bir bölgədə yerləşən Azərbaycanın siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından etibarlı, güclü ortaq, müttəfiq olaraq qalması onun sabit və qüdrətli hakimiyyətindən asılıdır:

«Təbii ki, ölkədə həllini gözləyən bəzi çatışmazlıqlar mövcuddur və hesab edirəm İlham Əliyev yeni iqtidarı dönəmində bu problemləri mütləq aradan qaldıracaq. Çatışmazlıqlar isə əsasən təbii sərvətlərdən insanların bərabər istifadə etməsi, orta sinifin gücləndirilməsi, neft və qazdan gələn gəlirləri xüsusi fondlarda yığaraq gələcək nəsillərə saxlamaq və sairdir. Düzdür, bu cür çatışmazlıqlar əksər ölkələrdə var və onları aradan qaldırmaq çox çətindir. Buna baxmayaraq, əminəm ki, İlham Əliyev növbəti 5 illik prezidentliyi dövründə həmin sahələrdə xeyli işlər görə biləcək. Arzu edirəm ki, bu seçkinin nəticələri qardaş Azərbaycan dövlətinə və xalqına sabit və inkişaf dolu gələcək gətirsin».